Şrift:
Osaka şəhərindəki yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və helikopter cəlb olunub
29.11.2021 [10:47] - Gündəm, Hadisə
Noyabrın 29-da Yaponiyanın Osaka şəhərində yerləşən anbarda baş verən yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və bir helikopter cəlb olunub.

Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, altı mərtəbəli anbarda baş verən yanğın təqribən 10 min kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı binada təqribən 100 nəfərin olduğu və onların hamısının sağ-salamat təxliyə edildiyi qeyd olunur.

Hazırda polisin anbar ərazisində bu binadan istifadə edən şirkətlərin nümayəndələrinin olmasını araşdırdığı bildirilir. Yanğının isə anbar ərazisindəki boş karton qutulardan başladığı qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed