Şrift:
“Taliban” 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır
21.01.2022 [10:01] - Gündəm, Sosial
Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı tərkibinə ümumilikdə 95 min nəfərin daxil olduğu təhlükəsizlik qüvvələri yaradılması prosesini başa çatdırmaq üzrədir.

Bu barədə Qətərin Al Jazeera telekanalı taliblərin daxili işlər naziri əvəzi Siracuddin Hakkaniyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, Əfqanıstanda törədilən partlayışların arxasında İŞİD silahlıları və əvvəlki hökumətin bir neçə üzvü dayanır. Taliblər İŞİD-ə qarşı həm təhlükəsizlik, həm də ideoloji sahədə mübarizə aparmağa, gənc əfqanların dünyagörüşündə korrektələr etməyə çalışır.

Siracuddin Hakkani hesab edir ki, beynəlxalq ictimaiyyətin indiki hökuməti tanımaqdan imtina etməsi və Əfqanıstanın xarici banklardakı vəsaitlərinin bloklanması “əfqan xalqının kollektiv cəzalandırılması” anlamına gəlir.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed