Şrift:
“TRT” xəbər Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb
18.02.2022 [10:29] - Xəbərlər, Sosial
Türkiyənin “TRT” xəbər saytı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar xüsusi videomaterial hazırlayıb

Xəbərdə Xocalı soyqırımı zamanı baş verən hadisələrin uşaqların gözü ilə cəmiyyətə təqdim edilməsi məqsədilə Azərbaycanda həyata keçirilən “Sevincin hekayəsi” adlı sosial media layihəsindən bəhs edilir.

“Sevincin hekayəsi”ndə soyqırımı zamanı qətlə yetirilən uşaqlardan olan Sevincin obrazını canlandıran Nəzakət Heydərova və layihənin rejissoru Vüsal Əhmədzadə “TRT” xəbərə bununla bağlı müsahibə veriblər.

Bildirilib ki, layihə 30 il əvvəl ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı aktının bütün dünyaya tanıdılması məqsədilə başladılıb. Layihədə o dövrdə Xocalı əhalisinin yaşadığı çətinliklər günbəgün öz əksini tapır.

Xəbərdə 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımının insanlığın gördüyü ən böyük qətliamlardan biri olduğu vurğulanır.

Fevralın 2-də başladılan sosial media layihəsi fevralın 26-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed