Şrift:
Zaporojye atom elektrik stansiyasının ərazisində yanğın baş verib
04.03.2022 [09:39] - Gündəm, Hadisə
Ukraynanın Enerqodardakı Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) yanğın baş verib. Bununla əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edib

UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının teleqram kanalında yerləşdirilib.

Ukrayna Prezident bu cür hücumların Çernobılda yaşanan faciənin təkrarlaya biləcəyi barədə xəbərdarlıq edib: “Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.

Volodimir Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed