Şrift:
Yonhap agentliyi: KXDR ballistik raket buraxılışı həyata keçirib
05.03.2022 [09:27] - Gündəm, Hərb
Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 5-də Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxılışı həyata keçirib.

Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Raketin buraxılışı yerli vaxtla səhər 8:45-də baş verib. Komitə raketin təxminən 270 kilometr məsafə qət etdiyini bildirib.

Məsələ ilə əlaqədar Cənubi Koreyanın Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 9-cu raket sınağıdır. Rəsmi Pxenyan həmin sınaqlar zamanı idarəolunan taktiki raketlər, ballistik və hipersəsli raket də buraxdığını açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 4815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed