Şrift:
Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb
29.03.2022 [09:23] - Gündəm, Hadisə
Meksikanın mərkəzindəki Morelos ştatında yüngül mühərrikli təyyarənin supermarketin binasına çırpılması nəticəsində azı 3 nəfər ölüb.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayət hökuməti ictimaiyyətə açıqlamasında bildirib.

Qeyd olunub ki, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Faciə Temisko ərazisində baş verib. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 2513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed