Şrift:
Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini satıb
29.03.2022 [09:41] - Gündəm, İqtisadiyyat
Danimarkanın "Carlsberg" pivə istehsalı şirkəti "Baltika" brendini sataraq, Rusiya bazarını tərk etmək qərarına gəlib.

Bu barədə “Carlsberg” şirkətinin yaydığı məlumatda deyilir.

Danimarka şirkətinin gəldiyi qənaətə əsasən, Rusiya bazarında mövcudluğunu mümkün qədər tez dayandırmaq lazımdır.

Bu ayın əvvəlində şirkət Rusiyada “Carlsberg” brendi altında pivə istehsalını və satışını dayandırmaq barəsində müvafiq qərar qəbul edib. Buna baxmayaraq, “Carlsberg” portfelinə daxil olan yerli “Baltika” pivə brendinin satışının davam etdirilməsi qərarı verilib. Lakin yeni qərarla şirkət həm də törəmə müəssisəsinin fəaliyyətini dayandırır.

“Biz Rusiyadakı bütün əmlakımızı satmaq barəsində çətin və təcili qərar verdik və bu, hazırkı vəziyyətdə düzgün qərardır. Biz artıq Rusiyada olmayacağıq”, - deyə şirkətin açıqlamasında bildirilir.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed