Şrift:
Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək
31.03.2022 [10:19] - Gündəm, İdman
ABŞ-ın Las-Veqas şəhəri 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək.

Yarışın noyabrda gecə saatlarında şəhər trekində keçirilməsi nəzərdə tutulub.

Trekin uzunluğu 6,12 km olacaq. Trek şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-Pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir.

1981-1982-ci illərdə də Las-Veqasda Formula 1 yarışı keçirilib.

Cari mövsüm Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed