Şrift:
Londonda keçirilən aksiyada minlərlə insan qiymət artımına qarşı etirazlarını bildiriblər
04.04.2022 [09:16] - Xəbərlər, Sosial
Londonda minlərlə insan qiymət artımına qarşı etiraz aksiyası keçirib.

Nazirlər Kabinetinin yerləşdiyi Dauinq Stritdə toplaşan aksiya iştirakçıları qiymət artımına qarşı şüarlar səsləndirərək plakatlar qaldırıblar. Etirazçılar qiymət artımına görə Mühafizəkarlar partiyasını günahlandırıblar.

Böyük Britaniyada illik inflyasiya mart ayında 6,2 faizə yüksələrək son 30 ilin rekordunu qırıb.

Həmçinin krallıqda yanacağın, su, qaz və elektrik enerjisinin qiymətləri artırılıb.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed