Şrift:
“Azəriqaz” rəhbərliyi Kürdəmirdə sahibkarlarının problemlərini dinləyəcək
04.04.2022 [09:24] - Gündəm, İqtisadiyyat
“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz”dan bildirilib ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq. Birliyin rəhbər şəxsləri Kürdəmir rayonu, Heydər Əliyev prospekti, Qələbə Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed