Şrift:
Türkiyə və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
05.04.2022 [09:40] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, telefon danışığında Türkiyə-Qazaxıstan əlaqələrini gücləndirəcək addımlar, eləcə də Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional proseslər nəzərdən keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şərq-qərb marşrutunda Xəzərdən keçməklə Orta Dəhlizin inkişafına yaranan ehtiyacın daha da artdığına işarə edərək iki ölkə arasında nəqliyyat sahəsində tam sərbəstliyin yaradılmasının zərurətinin ortaya çıxdığını, bu məsələdə təsirli addımlar atmağın faydalı olacağını ifadə edib.

Prezidentlər eyni zamanda qarşılıqlı olaraq Ramazan təbriklərini də çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed