Şrift:
Azərbaycanla Tacikistan arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub
07.04.2022 [10:35] - Xəbərlər, Siyasət
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin xarici işlər nazirinin müavini Sodik İmomi arasında görüş keçirilib.

Sodik İmomi səfiri səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərə toxunub və Azərbaycan ilə Tacikistan arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan və Tacikistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan Sodik İmomi bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Tacikistan arasındakı səmimi münasibətlərdən danışan səfir əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Tərəflər ikitərəfli əlaqələrin indiki vəziyyətini və perspektivlərini müzakirə ediblər, Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərə dair fikir mübadiləsi aparıblar.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed