Şrift:
Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək
13.04.2022 [09:34] - Gündəm, İdman
Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlar arasında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 2-8-də AMKF-in təlim-məşq bazasında keçirilən hazırlığa Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaqlar.

Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması da gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarında idmançılarımızla birgə, Çexiya və Yunanıstandan karateçilər iştirak etmişdilər.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed