Şrift:
Ankaradakı Heydər Əliyev Məktəbində Ulu Öndərə həsr olunan mərasim keçirilib
11.05.2022 [09:42] - Gündəm, Mədəniyyət
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə daha bir tədbir Ankaradakı Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Məktəbin foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Səfirlik təmsilçilərinin də iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlanıb. Sonra iki ölkənin Dövlət himnləri səsləndirilib.

Şagirdlər Ulu Öndərə həsr etdikləri şeirləri oxuyublar. Azərbaycan musiqiləri səsləndirilib.

Məlumat verilib ki, şagirdlər məktəbdə təşkil olunan şeir, inşa və rəsm müsabiqəsində fəal iştirak ediblər.

Tədbir çərçivəsində müsabiqənin qalibi olan məktəblilərə mükafatlar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 2544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed