Şrift:
Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər
19.08.2022 [06:43] - Xəbərlər, Siyasət
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin G20 ölkələri liderlərinin Balidə keçiriləcək sammitində iştirak edəcəklər.

Bu barədə İndoneziya Prezidenti Coko Vidodo Bloomberg agentliyinə müsahibəsində bildirib.

“Si Cinpin gələcək, Prezident Vladimir Putin də mənə gələcəyini söyləyib”, - deyə agentlik C.Vidodonun sözlərini sitat gətirib. İndoneziya Prezidenti, həmçinin qeyd edib ki, sammitdə böyük dövlətlərin liderlərinin dialoqu üçün kifayət qədər geniş məkan olacaq.

Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed