Şrift:
“Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda keçiriləcək
08.10.2022 [11:31] - Gündəm, Mədəniyyət
“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Müsabiqə ”Bitlz”in vətəni olan Liverpul şəhərində təşkil ediləcək.

Qaydalara uyğun olaraq, mahnı müsabiqəsi qalib ölkədə - Ukraynada keçirilməli idi. Lakin Avropa Yayım Birliyi (EBU) təhlükəsizlik nöqteyi-nəzərindən yarışmanın başqa ölkədə keçirilməsini qərara alıb. Sonuncu “Avroviziya”da ikinci yeri Britaniya müğənnisi tutduğundan müsabiqəyə ev sahibliyi etmək hüququ Birləşmiş Krallığa verilib.

Böyük Britaniya əvvəllər “Avroviziya”nı səkkiz dəfə qəbul edib. Lakin müsabiqə heç vaxt Liverpulda keçirilməyib. “Avroviziya-2023” 11 min tamaşaçı tutan, yaxınlığında konfrans mərkəzi, hotellər və dəmir yolu vağzalı olan liman arenasında - M&S Bank Arenada keçiriləcək.

“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar musiqi tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.
Bu xəbər oxucular tərəfindən 1264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed