Şrift:
İtaliyada yeni hökumət parlamentdəki ilk etimad səsverməsindən keçib
26.10.2022 [07:00] - Gündəm
İtaliyada Baş nazir Giorgia Meloninin rəhbərliyi ilə qurulan yeni - 68-ci hökumət parlamentdəki etimad səsverməsinin birinci mərhələsindən keçib.

İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasında G.Meloninin formalaşdırdığı hökumətə etimad səsverməsi olub. Dörd yüz yerlik Deputatlar Palatasında 389 parlamentarinin iştirakı ilə keçirilən səsvermədə 235 nəfər Meloni hökumətinin lehinə, 154-ü isə əleyhinə səs verib.

Yeni hökumət üzvləri parlamentin yuxarı palatası olan Senata da müraciət edəcək, etimad səsverməsi keçiriləcək.

Sentyabrın sonunda keçirilmiş seçkilərdə sağçı koalisiya parlamentin hər iki palatasında səs çoxluğu qazandığı üçün Meloni hökumətinin Senatdakı etimad səsverməsini də çətinlik çəkmədən keçəcəyi gözlənilir.

Nihad Budaqov
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed