Şrift:
"WhatsApp" və "Twitter"də yeni funksiyalar
02.11.2022 [07:30] - Gündəm
“WhatsApp”da “Ümumi qrupları bir araya gətirmək üçün icmalar” adlı yeni funksiya yaradılıb.

İcma mahiyyətcə qruplar toplusudur. İstifadəçilər oxşar mövzuya malik qruplar əlavə etməklə icma yarada bilərlər. İcma adminləri daha sonra qrupları idarə edə və eyni anda bütün qruplara mesaj göndərə bilər. Beləliklə, bütün qruplara eyni vaxtda təsir edən elanlar əldə etməklə, həmin qrupla bağlı fərdi söhbətlər davam edə bilər.

"Twitter"də mavi işarənin qiyməti bəlli oldu

İlon Mask “Twitter”də təsdiqlənmiş hesablara verilən "mavi işarə"nin qiymətini açıqladı. İ.Maskın dediyinə görə, göy işarənin daxil olacağı mavi abunənin qiyməti 8 dollar olacaq.
Bu xəbər oxucular tərəfindən 182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed