Şrift:
Seçkilərin rəsmi nəticələri - Netanyahu qalib gəldi
04.11.2022 [11:40] - Gündəm, Siyasət
İsrail Mərkəzi Seçki Komissiyası 25-ci çağırış Knesset (parlament) seçkilərində səslərin hesablanmasını başa çatdırıb.

Ölkənin keçmiş baş naziri Benyamin Netanyahunun partiyası seçkilərdə qalib gəlib.

Seçki Komissiyasının elan etdiyi nəticələrdən sonra Netanyahu koalisiya yarada bilər

Ölkə üzrə ən böyük beş fraksiya aşağıdakı kimidir:

Benyamin Netanyahunun "Likud" partiyası - 32 deputat mandatı;
Yair Lapidin rəhbərliyi altında hakim "Yeş Atid" partiyası - 24 yer
İfrat sağçı "Dini sionizm" bloku - 14 mandat;
Müdafiə naziri Benni Qantsın "Dövlət Düşərgəsi" bloku - 12 yer;
Ultra-pravoslav "Şas" partiyası - 11 deputat.
Qeyd edək ki, son 30 ildə ilk dəfə solçu Meretz partiyası İsrail parlamentində mandat qazana bilməyib.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed