Şrift:
Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir”
24.11.2022 [10:41] - Gündəm, Güney Azərbaycan xəbərləri
Təbrizin “Traktor” futbol komandasının baş məşqçisi Qurban Berdıyev klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib.
Bu barədə “Traktor”un saytı xəbər verib.

Qərara səbəb isə baş məşqçiyə Rusiyadan təklif gəlməsidir.

“Traktor”la ayrılmaq yalnız zərurətdən - Rusiya futbolunun ehtiyaclarına və mənəvi borcuma görə baş verir. Mən bu ölkəyə qayıtmalıyam”, - deyə Berdıyev bildirib.

Xatırladaq ki, 70 yaşlı mütəxəssisin uzun illər (2001-2013 və 2017-2019) baş məşqçisi olduğu Tatarıstanın “Rubin” klubu iki dəfə Rusiya çempionatında və ölkə Superkubokunda, bir dəfə isə Rusiya Kubokunda qələbə qazanıb. Berdıyev 2021-ci ildə Qazaxıstanın “Kayrat” klubuna, 2022-ci ilin iyununda isə İranın “Traktor” klubuna baş məşqçi təyin olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 3262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed