Şrift:
Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası 15 gündür davam edir
26.12.2022 [10:41] - Gündəm, Siyasət
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Gecə boyu aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Hazırda eko-fəallar şüarlar yanaşı, Azərbaycanın dövlət himnini səsləndirirlər.

Onlar hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya dekabrın 12-dən davam edir.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed