Şrift:
BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb
01.02.2023 [10:11] - Gündəm, Siyasət
BMT bütün tərəflərin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.

Bunu brifinqdə təşkilatın Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və digər hərbi texnikanın tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.

"Bizim konkret texnologiyalarla bağlı mövqeyimiz yoxdur. Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını arzulayırıq. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər", - deyə F.Haq bildirib.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed