Şrift:
Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib
15.02.2023 [10:30] - Gündəm, İdman
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turu keçirilib.

Azərbaycan Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov”-“Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” komandası yenə qələbəyə sevinib. Komanda rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.

Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.

Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. Doqquz xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed