Şrift:
Lotereyalar tarixinin ən böyük uduşu – 2 milyard dollar
16.02.2023 [12:53] - Gündəm
ABŞ-da “Powerball” lotereyasının 2 milyard dollarlıq ən böyük cek-potunun sahibinin adı bəlli olub.

Kaliforniya sakini Edvin Kastro uğurlu lotereya biletini ötən il noyabrın 7-də Los-Anceles yaxınlığındakı Altadene şəhərciyindəki yanacaqdoldurma məntəqəsində alıb. Həmin lotereyada altı düzgün rəqəmin seçilməsi şansı 292,2 milyonda birə bərabər olub.

O, uduşunu 30 il ərzində hissə-hissə tam almaqdansa, birdəfəlik 997,6 milyon dollar almağa üstünlük verib.

Bundan öncə “Powerball” lotereyasının cek-potu yalnız bir dəfə milyard dolları ötmüşdü. O zaman həmin uduş Kaliforniya, Florida və Tennessi ştatlarından olan bir neçə qalib arasında bölünmüşdü.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed