Şrift:
Qazaxıstanlı gimnast Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda birinci yeri tutub
20.02.2023 [10:33] - Gündəm, İdman
Qazaxıstanı təmsil edən atlet Danil Musabayev Bakıda Batut gimnastikası üzrə dünya kubokunda kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Gimnastın nəticəsi 59,240 xal olub.

İkinci yeri 58,530 xalla ispaniyalı gimnast Xorxe Martin, üçüncü yeri isə Fransa təmsilçisi Allan Morante tutub, onun nəticəsi 58,270 xal olub.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed