Şrift:
Azərbaycanda COVID-19-a daha 23 nəfər yoluxub
24.02.2023 [10:20] - Gündəm, Sağlıq
Fevralın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 23 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 449 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 183 nəfər müalicə olunaraq sağalıb, 10 min 111 nəfər vəfat edib. Aktiv xəstə sayı 155 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1293, bu günə qədər isə ümumilikdə 7 milyon 518 min 721 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 6464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed