Şrift:
Azərbaycan nefti 7 faiz ucuzlaşıb
16.03.2023 [10:42] - Gündəm, İqtisadiyyat
Martın 15-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,99 dollar ucuzlaşaraq 74,42 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər veririk.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,04 dollar ucuzlaşaraq 72,59 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 7 dollar ucuzlaşaraq 37,84 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 15-də 7 dollar ucuzlaşaraq 71,84 dollar olub.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed