Şrift:
Qurban Qurbanov uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin siyahısında beşincidir
04.04.2023 [10:33] - Gündəm, İdman
Uzun müddət eyni komandanı çalışdıran baş məşqçilərin adları açıqlanıb.

25 mütəxəssisin yer aldığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var.

2008-ci ildən Ağdam klubuna rəhbərlik edən 51 yaşlı məşqçi ən uzun müddət eyni komandanı çalışdıran 5-ci mütəxəssisdi.

Siyahıya “Verona”nın sükanı arxasında dayanan Luici Freşko başçılıq edir. O, 41 ildir İtaliya klubunda işləyir. İlk üçlükdə Stefan Bakster (“Kruzaders”, Şimali İrlandiya, 18 il) və Suet-Fay Li (“Vinq Yi”, Honkonq, 17 il) yer alıblar. Frank Şmidt 16 ildir Almaniyanın “Heydenheym” klubunu çalışdırır və siyahıda dördüncüdür.
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed