Şrift:
Almaniya Polşaya "MiQ-29"ların Ukraynaya göndərilməsinə icazə verdiyini təsdiqləyib
14.04.2023 [10:35] - Gündəm
Almaniya Müdafiə Nazirliyi Berlinin Polşaya beş ədəd "MiQ-29" qırıcısını Ukraynaya təhvil verməyə icazə verdiyini təsdiqləyib.

Bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius da bu qərarı şərh edib. "Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Polşalı tərəfdaşlarımıza Milli Xalq Ordusunun keçmiş ehtiyatlarından Ukraynaya beş ədəd MiQ-29 qırıcısının tədarükü ilə bağlı söz verə bilərik", - deyə B.Pistorius qeyd edib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed