Şrift:
Azərbaycanlı gimnast: Beynəlxalq turnirdə medal əldə etdiyimiz üçün qürur hissi keçiririk
17.04.2023 [09:54] - Gündəm, İdman
Bakıda keçirilmiş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində ölkəmizə ilk mükafat qazandıran Azərbaycan yığma komandasının üzvləri Nuray Əhmədzadə və Şəms Ağahüseynova medal sevincini bölüşüblər.

Turnirdə gənclər arasında komanda hesabında gümüş medala sahib olan Nuray Əhmədzadə yarışa yüksək səviyyəli hazırlıq prosesi keçdiklərini, turnirdə güclü rəqabətin olduğunu bildirib: “Yarışın ilk günü daha çox həyəcanlı idim. Daha sonra isə özüməinamla çıxış etdim. Yarışa yüksək hazırlığımız üçün federasiya tərəfindən hərtərəfli şərait yaradılmışdı”.

“Mənim üçün isə əksinə, növbəti günlər çıxış etmək daha da həyəcanlı oldu. Medal əldə etdiyimiz üçün qürur hissi keçiririk. Qarşıda bizi bir sıra yarışlar gözləyir. Orada da ümidləri doğrultmağa çalışacağıq”, - deyə Şəms Ağahüseynova əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed