Şrift:
Rusiyada güclü zəlzələ olub
20.04.2023 [10:37] - Hadisə
Kamçatkanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsində məlumat verib.

Bildirilir ki, yeraltı təkanlar Sakit okeanda, təxminən 166 min insanın yaşadığı Petropavlovsk-Kamçatski şəhərindən 243 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi yoxdur.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 114 kilometr aralıda qeydə alınıb. Şəhər sakinləri 3-4 bal gücündə yeraltı təkanları hiss ediblər.
Bu xəbər oxucular tərəfindən 5023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed