Şrift:
Rusiya qoşunları Ermənistanda təlimlər keçirib
27.04.2023 [10:43] - Gündəm
Ermənistandakı Rusiya qoşunlarının bölmələri “Alagəz” poliqonlarında təlimlər keçirib.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin mütəxəssisləri poliqonun yüksək dağlıq ərazilərində təlimlər keçirərək müxtəlif kəşfiyyat əməliyyatları həyata keçiriblər.

Təlimlər zamanı şəxsi heyətin nümayəndələri zəhərli maddələrin şərti məruz qaldığı yerlərdən təxliyə edilib və onlara ilkin tibbi yardım göstərilib.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed