Şrift:
BMT Si Cinpin və Zelenski arasında telefon danışığını şərh edib
27.04.2023 [10:48] - Siyasət
BMT ümid edir ki, Çin Rusiya və Ukrayna arasında böhranın həllinə töhfə verməkdə davam edəcək.

Bunu son brifinqdə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Çin Xalq Respublikasının sədri Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz, şübhəsiz ki, Ukrayna və Rusiya arasındakı böhranın həllinə töhfə verən Təhlükəsizlik Şurasına üzv dövlətlər də daxil olmaqla, dünyanın bütün əsas ölkələrinin iştirakını dəstəkləyirik. Ümid edirik ki, Çin faydalı olmağa davam edəcək" – diplomat bildirib.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed