Şrift:
Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iyunda görüşə bilər
19.05.2023 [12:08] - Xəbərlər, Gündəm, Siyasət
Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin növbəti görüşü iyunun sonunda keçirilə bilər.

Bu barədə Türkiyənin “Hürriyet” nəşri diplomatik mənbələrinə istinadən yazıb.

Bildirilib ki, Türkiyə və Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra növbəti görüş nazir müavinləri arasında planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş zamanı aparılan danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması, ziddiyyətlərin aradan qaldırılması fonunda baş tutub.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed