Şrift:
Parlamentin vitse-spikeri: Ermənistan regionda müharibəyə son qoymaq istəyir
24.05.2023 [14:37] - Gündəm, Siyasət
Ermənistan regionda “sürünən” müharibəyə son qoymaq istəyir.

Bunu parlamentdəki çıxışı zamanı vitse-spiker, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Akop Arşakyan Azərbaycanla danışıqları şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvan vəziyyətin stabilləşməsinə və Qarabağ erməniləri üçün real təhlükəsizlik təminatları almağa çalışır.

“Ermənistanın Qarabağ məsələsi kontekstində yanaşması ondan ibarətdir ki, sülh müqaviləsi özündə Xankəndi və Bakı arasında beynəlxalq müşahidəçilərin iştirakı ilə dialoq mexanizmlərini birləşdirməlidir.

Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birtərəfli qaydada tanınmasından getmir, bu proses qarşılıqlı xarakter daşıyır”, - Arşakyan bildirib.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed