Şrift:
Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir
30.05.2023 [13:30] - Gündəm, Hərb
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarının hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 3516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed