Şrift:
Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir
04.07.2023 [09:59] - Türk dünyası-Turan
Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir.

Bunu Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyənin Podqoritsadakı səfiri Barış Kalkavanla görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.

Milatoviç ölkələr arasında birbaşa uçuşların sayının artmasından məmnunluğunu ifadə edərək, bu il Ankara ilə Podqoritsa arasında hava əlaqəsinin açılacağını qeyd edib.

O, həmçinin Türkiyəyə gözlənilən rəsmi səfəri, bu səfər çərçivəsində iki ölkənin iqtisadi nümayəndə heyətləri arasında danışıqların aparılacağı barədə məlumat verib.

Milatoviç bu məsləhətləşmələrin Monteneqro ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed