Şrift:
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib
12.07.2023 [09:57] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşıladılar.
Bu xəbər oxucular tərəfindən 2246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed