Şrift:
Rəcəb Tayyib Ərdoğan Cozef Baydenlə görüşüb
12.07.2023 [09:59] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden ilə görüşüb.

Görüşdə Türkiyə Prezidenti seçki ilə bağlı təbrik mesajına görə ABŞ Prezidentinə təşəkkür edib. Bildirib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.

“Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, Sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib.

“Növbəti beş ildə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyən Bayden, həmçinin İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Prezident Ərdoğana təşəkkür edib.

Görüş 1 saat 15 dəqiqə davam edib.
Bu xəbər oxucular tərəfindən 2283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed