Şrift:
Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı bəyanat imzalanıb
19.07.2023 [09:51] - Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin 50-ci ildönümü ilə bağlı birgə bəyanat imzalanıb.

Bəyanatda iki qardaş ölkənin və xalqın mənafeyinə xidmət edəcək iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi qeyd olunub. Vurğulanıb ki, Türkiyə-Qətər münasibətləri qardaşlıq və həmrəylik ruhunda siyasi və ictimai təməllər üzərində qurulmuş tarixi əlaqələri əks etdirir, çünki iki ölkə tarixlərinin bir çox mühüm dönüş nöqtələrində bir-birinə dəstək göstərib və həmrəylik nümayiş etdirib.

Bəyanatı Türkiyənin və Qətərin xarici işlər nazirləri imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 2179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed