Şrift:
İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib
21.07.2023 [12:28] - İslam dini
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”in tapdalanmasını pisləyib.

İƏT-in baş katibi Hüseyn İbrahim Taha tərəfindən edilən yazılı açıqlamada təxribat xarakterli hərəkət pislənilib və bu cür hadisələrdən dərin məyusluq ifadə olunub. Bəyanatda, həmçinin İsveç hakimiyyəti bu cür halların qarşısını almağa çağırılıb.

Xatırladaq ki, İsveçdə dini kitablara qarşı bir neçə dəfə bu cür hörmətsizlik edilib. İslam ölkələrinin çağırışlarına baxmayaraq, hadisəni törədən şəxslərə qarşı heç bir tədbir görülməyib.
Bu xəbər oxucular tərəfindən 5985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed