Şrift:
Bu qurumda çalışanların maaşları artıb
25.07.2023 [11:07] - Gündəm, Sosial
Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.

Bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.

"“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub", - sədr bildirib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.
Bu xəbər oxucular tərəfindən 3585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed