Şrift:
İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı müraciətinə TBMM-in iclasında baxılacaq
25.07.2023 [11:14] - Gündəm, Türk dünyası-Turan
İsveçin NATO-ya qəbul edilməsi iləbağlı müraciətinə Türkiyə Böyük Millər Məclisinin iclasında baxılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"NATO Sammiti ölkəmizlə bağlı tezislərimizi səsləndirdiyimiz beynəlxalq toplantı oldu. Ölkəmizin, eləcə də müttəfiqliyin təhlükəsizliyinə töhfə verəcək bir çox məsələləri müzakirə etdik. Biz Türkiyənin gözləntilərini açıq və dəqiq şəkildə ortaya qoyduq. Biz İsveçə həssaslıqlarımızla bağlı xəbərdarlıq etmişik. Parlament bu məsələ ilə bağlı qərar verəcək", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı qərar TBMM-in oktyabrda keçiriləcək iclasında veriləcək.
Bu xəbər oxucular tərəfindən 2067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed