Şrift:
İyun ayında Türkiyənin İƏT ölkələrinə ixracı azalıb
31.07.2023 [11:10] - Türk dünyası-Turan
2023-cü ilin iyun ayında Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələrinə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,9 faiz azalaraq 722,4 milyon dollar olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar-iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 24,8 faiz azalaraq 4,2 milyard dollar olub.

“Bu ilin iyun ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 901,2 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 12,3 faiz azalaraq, 6,5 milyard dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 2078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed