Şrift:
Bugün Şuşada İƏT XİN rəhbərlərinin iclası keçiriləcək
10.10.2023 [12:33] - Xəbərlər, Gündəm, Siyasət
Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

Tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) -1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Quruma üzv olan dövlətlər arasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan mövcuddur.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed