Şrift:
İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk
10.10.2023 [12:36] - Türk dünyası-Turan
İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq ictimaiyyətin fələstinlilərə verdiyi vədlərə əməl etməməsi Yaxın Şərqdəki problemlərin dərinləşməsində ciddi rola malikdir. İnanırıq ki, 1967-ci il sərhədləri daxilində, paytaxtı Qüds olan, müstəqil, suveren, coğrafi bütövlüyü olan Fələstin Dövləti qurulmadan bölgədə sülh olmayacaq” – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, tərəflər tələb edərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırıq.

“Biz İsraildən Fələstin torpaqlarını bombardmanlarını dayandırmasını və fələstinlilərin İsraildəki mülki yaşayış məntəqələrinə təzyiqlərini dayandırmasını xahiş edirik” – deyə Ərdoğan vurğulayıb.

O bildirib ki, Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün hazırlıq işləri görürük.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed