Şrift:
Azərbaycanın minifutbol yığması dünya çempionatında mübarizəyə başlayır
27.10.2023 [10:04] - Gündəm, İdman
Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yığma G qrupundakı ilk matçında İraq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu qrupun dünən keçirilmiş açılış matçında Misir Küveytə iki cavabsız qolla qalib gəlib – 2:0.

Qeyd edək ki, Azərbaycan millisinin qrupda növbəti oyunu oktyabrın 29-da Misirə qarşı olacaq. Dünya çempionatına noyabrın 4-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed