Şrift:
Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək
27.10.2023 [10:16] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.
Bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.

Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.

Sammitdə TDT-yə üzv dövlətlər - Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.

Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin - Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed