Şrift:
Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”a məğlub olub
31.10.2023 [09:59] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Son oyun günündə “Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Komandanın digər qolunu isə Elvis Maşike 90+2-ci dəqiqədə vurub.

Ağdam təmsilçisinin yeganə qoluna Olavio Juninyo 90+7-ci dəqiqədə imza atıb.

Beləliklə, "Araz-Naxçıvan" xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində ikinci sıradakı "köhlən-atlar"a çatıb.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed