Şrift:
“Avro-2025”: Azərbaycanın U-21 millisi Ukrayna ilə üz-üzə gələcək
21.11.2023 [10:56] - Gündəm, İdman
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Avro-2025”in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yığmamız səfərdə Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşmasını Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. İrakli Kvirikaşvili baş hakim olacaq. Giorgi Elikaşvili və Davit Çigogidz ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Giorgi Avazashvili yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna kollektivi 12 xalla liderdir, Samir Əliyevin baş məşqçisi olduğu komanda isə 4-cü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed